Təcili yardıma ən çox hansı müraciətlər daxil olur?- AÇIQLAMA
“Hal-hazırda daha çox hipertoniya, yəni təzyiqin yüksək olması şikayəti ilə təcili yardıma şikayətlər olur”.
Bu sözləri Medicalmedia.az-a açıqlamasında Caspian International Hospitalın təcili yardım şöbəsinin müdiri, daxili xəstəliklər uzmanı daxili xəstəliklər uzmanı Nurlan Hüseynov deyib.
“Bundan başqa mövsumlə əlaqədar olaraq xəstəliklərlə bağlı şikayətlər var. Belə ki, təcili yardıma müraciət edənlər arasında astma, allergiyalı xəstələrin sayı üstünlük təşkil edir. Nəfəs darlığı,boğulma şikayətləri daha çoxdur”.
Müraciət edənlər arasında hansı yaş qrupunun üstünlük təşkil etdiyini də vurğulayan Nurlan Hüseynov qeyd etdi ki, yaşlı əhali üstünlük təşkil etsə də,gənclərin sayı da heç də az deyil.
Zeynəb Müzəffərli