Tək böyrəyi olan xanımlar nələrə diqqət etməlidir?- VİDEO

Günümüzdə bir çox insanlar böyrək xəstəliklərindən əziyyət çəkir .Böyrək xəstəlikləri çox zaman bir böyrəyin itirilməsinə gətirib çıxardır. Nəzərə almaq lazımdır ki, bu kimi xəstəliklərdə yaş faktoru rol oynamır. Belə ki, bu kimi xəstəlik istəlinən yaşda öz fəsadlarını göstərə bilər.

Medicalmedia.az-a açıqlamasında həkim-ginekoloq Samirə Hüseynova bildirdi ki, böyrək çatışmazlığından əziyyət çəkən xanımlarda ana olmaq şansı var. Lakin bu kimi xəstələr hamiləlik boyunca həkim nəzarətində olmalıdılar. Həkim onu da qeyd etdi ki, tək böyrəklə ana olmağa hazırlaşan xəstənin digər böyrəyində hər hansısa bir problem yoxdursa, normal funksiyasını yerinə yetirə bilirsə, həmin xəstənin ana olmasında heç bir problem yoxdur.

Fərid Yusifov