Təşviş pozuntuları nədir və qarşısı necə alınır?- PSİXİATR

“Təşviş pozuntularının əsas simptomları ürək döyüntülərinin artması,  insanın ürəyində sıxılma hissinin olması, sinədə ağır yükün hiss olunması hallarıdır. Bu müddət ərzində insan ətraf mühitdən tam təcrid olunmuş olur. Bu cür şəxslərdə hətta ölüm qorxusu yaranır. Elə bilirki bu hal tənəffüs çatışmazlığıdır. Bu cür xəstələr bu səbəbdən uzun müddət kardioloqlara müraciət edirlər. Bu həkimlər altda yatan səbəblər tapmadıqda psixiatra yönəldirlər”. 

Bu sözləri Medicalmedia.az-a açıqlamasında Almaniyada fəaliyyət göstərən azərbaycanlı psixiatr, psixoterapevt Məhəmməd Qiyai deyib. 
Həkimin sözlərinə görə bu zaman psixiatrlar iki müalicə metodu təyin edə bilər. 

“Biri dərman, ikinci isə xəstələrin psixoterapevtik metodlar vasitsilə müalicəsidir. Hansı ki, bu xəstəliyin yaranmasından,hansı mərhələdə olmasından və ağırlıq dərəcəsindən  asılı olaraq bu dərman və psixoterapevtik müalicə metodları növbələndirilir. Hər ikisi də ola bilər və ya ilk olaraq dərman və ya əksinə ilk olaraq psixoterapevtik müalicə metodu ilə də başlaya bilər”. 

Həkimin sözlərinə görə, müalicədə bu növbələşmə daha effektiv nəticələrə səbəb ola bilər. 

Zeynəb Müzəffərli