Talassemiyalı ana körpəsini ana südü və ya süni qida ilə qidalandırmalıdır?


SƏHİYYƏ RƏSMİSİ CAVABLAYIR
“Ana südü körpə üçün əvəzsiz, təbii və faydalı qida mənbəyidir. Talassemiyalı ana, əgər ümumi sağlamlıq vəziyyəti icazə verirsə, hər kəs kimi övladını ana südü ilə qidalandıra bilər.” Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova açıqlayıb.
Onun sözlərinə görə, bəzi istisna hallar mümkündür: “Əgər ana dəmir qovucu preparatlar qəbul edirsə, bu dərmanlar ana südü ilə keçərək körpənin sağlamlıq vəziyyətinə zərər vura bilər. Əgər ananın mövcud vəziyyəti imkan verirsə, bu dərmanları hematoloq icazəsi ilə müvəqqəti kəsilərək, ana südü ilə qidalanma təmin edilməlidir. Ananın fərdi vəziyyəti, qidalanması zəifdirsə, südvermə onu daha da zəiflədə bilər. Bu zaman əlavə qida dəstəyi və ya ananı dəstəkləyici qida və istirahət rejiminə xüsusi diqqət etmək gərəklidir”.