TƏBİB-in dəstəyi ilə I Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransı keçirilib

TƏBİB-in, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Respublika Pediatriya Mərkəzinin və “Çocuk Acil Yoğun Bakım Derneği”nin təşkilatçılığı ilə I Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransı keçirilib.
7-9 aprel 2025-ci il tarixlərində baş tutacaq tədbir çərçivəsində həkimlər və tibb bacıları üçün pediatrik təcili yardım və reanimasiya, mexaniki ventilasiya, pediatrik təcili yardım və reanimasiya kursları təşkil olunub.

Konfransda həmçinin Azərbaycan və Türkiyənin aparıcı universitetlərinin ixtisaslaşmış həkim və professor heyəti tərəfindən pediatriyanın müxtəlif sahələrinə dair mövzular, tənəffüs sisteminin təcili vəziyyətləri, kardiologiya, nevrologiya, nefrologiya, hematologiya, allerqologiya, travma və digər təcili hallara aid mövzularda panel müzakirələri də təşkil olunub.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 16 DTT balı ilə qiymətləndirilib.