Təhlükəli virusların siyahısı hazırlanır

24 YOLUXUCU XƏSTƏLİKDƏN İBARƏTDİR
Yeni xəstəlik təhlükəsi izləmə siyahısı hazırlanır.
Böyük Britaniya gələcək ictimai sağlamlıq üçün ən böyük təhlükə yarada biləcək 24 yoluxucu xəstəlikdən ibarət yeni müşahidə siyahısı hazırlayır.
Bu xəstəliklərdən bəziləri qlobal pandemiya viruslarıdır, digərləri isə mövcud müalicəsi olmayan və ya sağlamlığa əhəmiyyətli dərəcədə zərər verə biləcək xəstəliklərdir.
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə, quş qripi, eləcə də iqlim dəyişikliyi nəticəsində temperaturun artması ilə adi hala çevrilə bilən ağcaqanadlar tərəfindən yayılan xəstəliklər siyahıya daxil edilib.
Məqsəd isə, alimləri və investorları yeni testlər, peyvəndlər və ya dərmanlar hazırlamağa yönəltməkdir.
24 xəstəliyin siyahısı:
• Adenovirus
• Lassa qızdırması
• Norovirus
• MERS
• Ebola (və Marburq kimi oxşar viruslar)
• Flaviviridae (Denge qızdırması, Zika qızdırması və Hepatit C daxil olmaqla)
• Hantavirus
• Krım-Kongo Hemorragik Qızdırması
• Qrip (mövsümdənkənar, quş qripi daxil olmaqla)
• Nipah virusu
• Oropuş
• Rift Vadisi Qızdırması
• Kəskin zəifləmiş mielit
• İnsan metapnevmovirusu (HMPV)
• Mpox
• Çikungunya
• Sibir yarası
• Ku-qızdırması
• Enterobacteriaceae (məsələn, E. coli və Yersinia pestis, vərəmin səbəbkarı)
• Tülyaremiya
• Moraxellaceae (ağciyər, sidik və qan axını infeksiyalarına səbəb olur)
• Gonoreya
• Stafilokokk
• A və B qrupu streptokokklar