Təsdiqlənmiş yeni alzheimer dərmanı ləğv olunur

SƏBƏB: HƏYATİ YAN TƏSİRLƏRİ VAR
Avropa İttifaqı yeni Alzheimer dərmanını ölümcül yan təsirlərə görə bloklamağı planlaşdırır.
Alzheimer xəstələri üçün nəzərdə tutulan və artıq təsdiq edilmiş dərman, ABŞ və Böyük Britaniyada ləğv olunub. Avropa Dərman Agentliyinin ekspert komitəsi, bu preparatın bəzi xəstələr üçün potensial ölümcül yan təsirləri səbəbindən ləğv olunmasını tələb edib.
Agentlik, beyində şişlik və qanaxmaya səbəb ola biləcək ümumi yan təsiri olan amiloidlə əlaqəli görüntüləmə anormallıqları (ARİA) riskinə istinad edərək, “Kisullanın faydaları potensial ölümcül nəticələrin risklərini üstələyəcək qədər böyük deyil”, bildirib.
Qeyd edək ki, Kisunla adı altında satılan Donanemab preparatı, monoklonal antikordur və klinik tədqiqatda Alzheimer xəstəliyinin erkən mərhələlərində olan insanlarda xəstəliyin inkişafını yavaşlatdığı iddia edilirdi. Dərman ayda 1 dəfə infuziya yolu ilə verilirdi. Qəbul edilsəydi, son 20 ildə Avropa İttifaqının Alzheimer xəstəliyi üçün təsdiqlədiyi 2-ci dərman olacaqdı.