Transplantasiya edilmiş orqan vasitəsilə quduzluğa yoluxdu

XƏSTƏ ÖLDÜ
Transplantasiya edilmiş orqan vasitəsilə quduzluğa yoluxan xəstə ölüb. Orqan nəqli edilən Miçiqan sakini, yeni orqandan vərəmə yoluxaraq dünyasını dəyişib. “Səhiyyə orqanları tərəfindən aparılan araşdırma göstərib ki, o, köçürülən orqan vasitəsilə vərəmə yoluxub. Xəstəyə dekabr ayında Ohayo ştatındakı xəstəxanada orqan köçürməsi edilib. Miçiqan və Ohayo səhiyyə departamentləri, həmçinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) xəstənin ölümünü araşdıraraq, diaqnozu təsdiqləyib”, — deyə Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin nümayəndəsi izah edib.Açıqlamada, alıcı və ya köçürülən orqanın növü barədə məlumat verilməyib. Donor Miçiqan və ya Ohayo sakini olmayıb. Səhiyyə rəsmiləri birgə işləyərək, Miçiqandan olan şəxs ilə əlaqə saxlayan insanların, o cümlədən səhiyyə xidməti təminatçılarının, vərəmə yoluxma ehtimalı ilə bağlı müayinədən keçirilməsini təmin edib. Departament isə əlavə məlumat verməkdən imtina edib.