TÜND ŞOKOLAD ŞƏKƏR XƏSTƏLİYİNİN QARŞISINI ALIR?

MARAQLI İDDİA

Harvard Universitetinin alimləri müəyyən edib ki, müntəzəm olaraq az miqdarda tünd şokolad yeyən insanların 2-ci tip şəkər xəstəliyinə tutulma 21% daha azdır. Söhbət gündə təxminən 28 qram tünd şokolad istehlak etməkdən gedir.ədqiqatda 192.000 insanın məlumatları araşdırılıb.

Harvard Xalq Sağlamlığı Məktəbinin dosenti, tədqiqat müəllifi professor Qi Song bildirib ki,  nəticələr alimləri də təəccübləndirib. Lakin tünd şokoladın faydasına baxmayaraq, onu normadan artıq istifadə etməyin fəsadları da ola bilər.