Uşaqlar üçün qanvermə aksiyası keçirilir


“ARZULARA QANAD VERƏK”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı ilə 17 aprel 2025-ci il tarixində dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə Respublika Qan Bankında 17 Aprel – Ümumdünya Hemofiliya Gününə həsr edilmiş “Arzulara qanad verək” adlı qanvermə aksiyası keçirilir.
Respublika Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır.
Aksiya bu gün saat 9:00-da başlayıb və 19:00-dək davam edəcək.

17 Aprel – Ümumdünya Hemofiliya Günü ilə bağlı AR Səhiyyə Nazirliyi də rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
https://www.instagram.com/p/DIiRntfIQPs/