Uşaqlarda boyun əyriliyi varsa,zamanında müdaxilə gərəklidir- həkim ŞƏRHİ

“Uşaqlarda boyun əyriliyi anadangəlmə patologiyalardan hesab olunur. Bu deformasiyalar əzələ,sümük sisteminə bağlı və neyrogen mənşəli ola bilər. Bunların erkən, zamanda incələnməsinə ehtiyac duyulur”.

Bu sözləri Medical Media-ya açıqlamasında travmatoloq-ortoped Müseyib Əhmədov deyib.  

“Sadəcə əzələyə bağlı olaraq boyunda əyrilik meydana gələ bilər. Bu hal uşaqların üzündə qeyri-simmetriya görüntüsü yarada bilər. Valideynlər belə hallarda uşaqları erkən müalicəyə cəlb etməlidirlər. Pediatrlar bu yöndə valideynləri maarifləndirməlidirlər”.  

Travmatoloq-ortopedin sözlərinə görə erkən müalicələr adətən fizioterapevtik,əzələ möhkəmləndirici üsullardır. Müseyib Əhmədov həmçinin bildirdi ki, bəlli yaşdan,xüsusən 2 yaşdan sonra ciddi boyun əyriliyi cərrahi müdaxilə ilə aradan qaldırılır. 

Zeynəb Müzəffərli