Uşaqlarda meyvəyə qarşı allergiya varsa…- Pediatrdan AÇIQLAMA

Fəsil dəyişkənliyi ilə bağlı olaraq yayılan narahatlıqlardan biri də qidaya qarşı allergiyadır. Bu daha çox uşaqlarda özünü birüzə verir.

Həkim-pediatr Fidan Əlirzayeva Medical Media-ya açıqlamasında bildirdi ki, mövsümi meyvələrdən çiyələk, moruq,tut kimi meyvələr uşaqlarda allergiyaya səbəb ola bilər. 

“Ümumiyyətlə, mövsümi allergiyalar dedikdə söhbətancaq tənəffüs yollarının allergiyasından keçir. Bəli, yaz-payız aylarında burnun selikli qişası müəyyən faktorlara qarşı qıcıqlanır. Bu faktorlara toz,bitkilərin çiçəklənməsi daxildir. Bu halda burnun içərisi şişir qızarır, eyni zamanda şəffaf maye axır. Asmatik uşaqlar öskürməyə başlayırlar. Amma bu o demək deyil ki, allergiya yalnız burunda,tənəffüs yolunda özünü birüzə verir”.

Pediatrın sözlərinə görə, bəzi qidalara,eyni zamanda meyvə,tərəvəzlərə qarşı allergiya özünü göstərə bilər. 

“Bu meyvələr təkcə tənəffüs yolunda deyil,mədə-bağırsaq sistemində də problemlər yaradır”.
 
Zeynəb Müzəffərli