Uşaqlarda nitqdə qüsur- nevroloji problemlərə səbəb OLA BİLƏR
“Gec dil açma,kəkələmə uşaqlarda nevroloji problemlərə səbəb ola bilər”.
Bu sözləri uşaq nevroloqu Təranə Feyruzqızı Medical Media-ya açıqlamasında deyib.
“Uşağın inkişaf mərhələsində körpə olan zaman müəyyən səsləri çıxarması,eyni zamanda uşağın artıq 1 yaşa çatdıqda nitqinin hansı səviyyədə olması çox önəmlidir. Bəzən valideynlər bir qədər gecikdirirlər, bu səbəbdən uşağın nitqi ləngiyir. Üstündən bir neçə il keçir,sonra həkimə müraciət edirlər. Bu təbii ki,gec olur. Və gec aparılan müalicələrin effekti də ləng əldə edilir, yəni daha uzun zaman alır”.
Uşaq nevroloqu bildirdi ki, buna görə valideynlər əgər uşaqlarında nitq problemi ilə qarşılaşırlarsa, uşaq cəmiyyətdə,insanlar arasında danışmırsa – bu kimi problemlər zamanı vaxtında həkimə müraciət etməlidirlər. Təranə Feyruzqızının sözlərinə görə, onların əsasında çox ağır problemlər dayana bilər. Bu narahatlıqlar nə qədər erkən aradan qaldırılarsa, o qədər tez də müsbət nəticələr əldə olunar.