Uşaqlarda qan azlığının səbəbləri

“Son dövürlər uşaqlarda qan azlığı ilə bağlı şikayətləri tez-tez eşidirik. əsasən də südəmər körpələrdə bu hal daha çox yayılıb”. 

Bunu medicalmedia.az-a açıqlamasında pediatr Kamil Şərifov 
deyib. 

Onun sözlərinə görə, qan azlığının ən böyük səbəbi dəmir çatışmazlığıdır. Belə ki, körpənin ana südü ilə qidalanmaması dəmir əskikliyin səbəb olur. Qan azlığı olan uşaqlar əsasən, yaşlarına görə qidalanmalıdırlar. Belə uşaqlar tərəvəzlər,qırmızı ət, qaraciyər kimi dəmirlə zəngin qidalar yeməlidirlər. Portağal, pomidor, limon kimi C vitamini ilə zəngin qidalar da qəbul etmək vacibdir.
Həkim bildirib ki, bəzən uşaqlarda olan qanaxmalar da qanazlığının yaranmasına səbəb olur. Daxili orqanlarda, xüsusən də qız uşaqlarında olan tormbosit, burun qanaxmalarıda qan azlığına səbəb olur. 

Statistikaya   görə, 0-13 yaş arası uşaqlar arasında qan azlığı müşahidə olunur. Ölkədə qan azlığından əziyyət çəkən 0-13 yaş arasında 21 min 986 nəfər dispanser qeydiyyatına alınıb. Dünyada isə 30 faiz əhali qan azlığından əziyyət çəkir. 

Sevinc Hüseynova