Uşaqlarda qusma…- ciddi xəstəliyin carçısı OLA BİLƏR
Övladı olan hər bir valideyn uşaqlarda qusmanın nə olduğunu bilir. Çox vaxt valideynlər bunun mədə-bağırsaq traktının pozulması ilə əlaqələndirib. Evdə müxtəlif dəmləmələrlə özbaşına müalicəyə çalışırlar. Amma qusma təkcə mədə-bağırsaqla bağlı deyil, bunun daha ciddi səbəbləri ola bilər”.
Bu sözləri Medical Media-ya açıqlamasında Pediatr Kamil Şərifov deyib. Həkimin sözlərinə görə, bu hal meningit, qan infeksiyası, sidik yolu infeksiyaları ilə də bağlı ola bilər.
“Mədə-bağırsaq infeksiyalarının ilk simptomu əsasən ishaldır. Qusmanın isə səbəbləri daha dərin ola bilər. Qusma ilə paralel baş ağrısı da varsa, bu hal beyin şişlərindən tutmuş,beyindaxili təzyiqinə qədər fərqli səbəblərdən ola bilər. Qusma ilə bərabər bəzən qarın ağrısı da müaşhidə olunur, bu qarın içi patologiyalar,bağırsaqla bağlı hər hansı ciddi xəstəliklərin göstəricisi ola bilər”.