Uşaqlarda süni qidalara qarşı allergiyanın səbəbləri- MÜTƏXƏSSİS

Ana südü çatmayanda, uşaqlara süni qidalar verilir. Araşdırmalara görə, son zamanlar dünyada süni qidaya qarşı, başqa sözlə inək südünə qarşı allergiyası olan uşaqların sayında artım var. Bunu mütəxəssislər onunla əlaqələndirir ki, valideynlər bu sahədə tərcübəsizdir.

Pediatr-allerqoloq Fidan Əlirzayevanın sözlərinə görə, bu cür qidaları alarkən valideynlər diqqətli olmalıdır.

Süni qidalara qarşı allergiyalar hansı xəstəliklər yarada bilər?- sualını da cavablayan Fidan Əlirzayeva bildirdi ki, allergiya zəhərlənmə halı kimi qəbul edilməməlidir. 

Qeyd edək ki, araşdırmalara görə, uşaqlarda inək südünün allergiya yaratmasının digər səbəbi də genetikadır. Xüsusən ana, ata, bacı-qardaş və ya yaxın qohumlarında allergiyaya rast gəlindikdə bu hal özünü uşaqda da büruzə verir. Təbii ki genetik mənşənin yanında bir çox risk faktoru da qida allergiyasının inkişafına səbəb ola bilər.

Zeynəb Müzəffərli