Uşaqları qurd xəstəliklərindən necə qoruyaq?- mütəxəssisdən AÇIQLAMA

Xüsusilə uşaqlar arasında geniş yayılan  qurd xəstəlikləri yaz,yay aylarında özünü daha çox biruzə verir və bu da uşaqlarda narahatlığa səbəb olur. Mütəxəssislər bildirirlər ki, qurd xəstəliklərinə istənilən yaş qrupunda rast gəlinə bilər.   

Mikrobioloq Samir Cavadlı bu barədə Medicalmedia.az-a açıqlama verib.

Həkimin sözlərinə görə, qurd xəstəliyi mədə-bağırsaq traktına, dəri, ağciyər və digər orqanlara yayıla bilər. Xəstəlik yoluxma yollarına görə fərqlənir. Qurd xəstəliyi ümumi və spesifik əlamətlərlə özünü biruzə verə bilir. Daha çox uşaqlarda qarında tutma tərzi, ürəkbulanma, ağızda qoxu, diş qıcama, gecə ağızdan su axma, çəki itirmə kimi əlamətlər görülür.

Uşaqda qurd xəstəliyinə şübhə varsa, qurdun növünü  dəqiqləşdirmək üçün bəzi analizlər olunmalıdır. Həkimin sözlərinə görə, bəzən valideyn uşaqda klinik narahatlıqlar görür və analiz etmədən özbaşına müalicəyə başlayırlar. Mütəxəssislər bildirirlər ki, bu hal yalnışdır. 

“Xəstəliyin müalicəsi üçün valideynlər mütləq şəkildə həkimə müraciət etməlidirlər. Uşağın yaşına, çəkisinə, fiziki göstəricilərinə görə müalicə təyin olunur. Özbaşına bu dərmanlardan istifadə edilməməmlidir”.  

Zeynəb Müzəffərli