Uşaqlarının dişlərinə qulluq etməyən validieynlər həbs edildi


ÇÜRÜMƏLƏR AŞKARLANIB DEYƏ
İsveçin Boras şəhərində valideynlər uşaqlarının ağız sağlamlığına biganə yanaşdıqları üçün 8 ay müddətinə həbs cəzası alıb. Məlumata görə, uşaqlar mütəmadi diş həkiminə aparılsa da, onların dişlərində ciddi çürümələr aşkarlanıb. Bəzi dişlərin vəziyyəti o qədər pis olub ki, çıxarılması məcburi sayılıb. Ekspert rəyləri əsasında məhkəmə valideynləri kobud laqeydlikdə günahlandırıb.
Hadisə ölkədə geniş müzakirələrə səbəb olub. Bəziləri qərarı sərt saysa da, əksəriyyət uşaqların sağlamlığının qorunmasını əsas prioritet kimi qiymətləndirib.
Qeyd edək ki, İsveçdə uşaqların sağlamlığına laqeyd yanaşma cinayət hesab olunur və ciddi şəkildə cəzalandırılır.