ÜST meninqitin müalicəsilə bağlı tövsiyələr dərc edib

RƏSMİ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə meninqitin diaqnostikası, müalicəsi və xəstələrə qulluqla bağlı qlobal tövsiyələrini dərc edib. Bu tövsiyələr xəstəliyin daha tez aşkar edilməsini, vaxtında müalicə olunmasını və uzunmüddətli qayğının yaxşılaşdırılmasını hədəfləyir. Ən son elmi sübutlara əsaslanan bu tövsiyələr meninqit səbəbindən baş verən ölüm və əlillik hallarını azaltmaq üçün mühüm bir vasitə hesab olunur.
Məqsəd isə, bakterial meninqit epidemiyalarının aradan qaldırmaq, peyvənd vasitəsilə qarşısı alına bilən bakterial meninqit hallarının 50%, bu xəstəlikdən ölüm hallarının 70% azaltmaq, eləcə də meninqitdən sonra yaranan əlilliklərin azaldılması və xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırmaqdır.