Vərəm epidemiyası başlayib
ÖLƏNLƏR VAR
Amerika Birləşmiş Ştatlarda vərəm epidemiyası başlayıb. Xəstəliyin ilk halları 1 il əvvəl qeydə alınıb. Kanzas şəhərində 2 nəfərin ölümü ilə nəticələnən böyük vərəm epidemiyası baş verib.
Bu haqda Kanzas Səhiyyə Departamenti məlumat verib. “Vərəm epidemiyası dalğası Kanzas şəhərini bürüyüb, onlarla xəstəlik və ən azı 2 ölümlə nəticələnib” deyə bildirilib.
Qeyd olunub ki, bu xəstəliyə ilk yoluxma halları 1 il əvvəl qeydə alınıb, o vaxtdan indiyədək 67-yə yaxın xəstə vərəmdən müalicə olunub. Bundan əlavə, həkimlər 79 gizli daşıyıcını müəyyən edib. Kanzas Səhiyyə Departamenti epidemiya davam etdikcə daha çox yoluxma hallarının baş verəcəyini gözləyir.