Vərəm olan Tibb bacısı uşaq xəstaxanasında işləyib

700 NƏFƏRİN YOXLANILACAĞI BİLDİRİLİB
21 yaşlı aktiv vərəm xəstəsi uşaq xəstəxanasında tibb bacısı kimi çalışıb. Hadisə Qazaxstanın Aktoba şəhərində baş verib.
Tibb bacısı 2023-cü ilin dekabrından 2024-cü ilin sentyabrına qədər reanimasiya şöbəsinin əməkdaşı olub. May ayından etibarən o, dəfələrlə soyuqdəymə, kəskin tənəffüs yolu xəstəliyi və pnevmoniya diaqnozları ilə xəstəlik məzuniyyətinə çıxıb.
«Hazırda onunla təmasda olan 55 əməkdaş diaskin-test və flüorografiya keçirib – nəticələr normaldır, heç kimdə yoluxma halı aşkar edilməyib. Təxminən 700 nəfər yoxlanılacaq, epidemioloqlar isə bütün valideynlərlə əlaqə saxlayır», – deyə səhiyyə idarəsindən bildirilib.
İdarə həmçinin, əlavə edib ki, «Tibb işçisinin tibbi arayışını saxtalaşdırdığına dair məlumatlar həqiqətə uyğun deyil. Burada bütün tibbi kartlar, tibb kitabçaları və sanitariya kitabçaları çox diqqətlə yoxlanılır. Onun, xəstəxana ziyarətçilərindən yoluxduğu ehtimal olunur».