Vərəmə qarşı peyvənd – Tibbdə inqilab

ALİMLƏR: SÜNİ İNTELLEKT BİZƏ KÖMƏK EDİR
Beynəlxalq tədqiqatçılar qrupu vərəmə qarşı peyvəndin və yeni müalicə metodlarının hazırlanmasında əsaslı irəliləyişlər əldə ediblər. Alimlər xəstəliyin dağıdıcı təsirinin aradan qaldırlması üçün inqilabi yeniliklərin olduğunu açıqlayıblar. Araşdırma “Molecular Biomedicine” elmi jurnalında dərc edilib.
Tədqiqatda böyüklərdə ağciyər vərəminin və ya gizli infeksiyaların qarşısını ala bilməyən yüzillik Bacille Calmette-Guérin (BCG) peyvəndinin məhdudiyyətlərini xüsusilə vurğulanıb. Hazırda klinik sınaqlarda olan çox antigen peyvəndləri və mRNA əsaslı platformalar da daxil olmaqla yeni nəsil strategiyalar araşdırılır.
Süni intellekt (AI) və bioinformatika vərəm tədqiqatlarında inqilab edir. AlphaFold kimi alətlər zülal strukturlarını atomik dəqiqliklə proqnozlaşdırır, antigen dizaynını sürətləndirir.
“Süni intellekt bizə patogenlərin biologiyasındakı gizli nümunələri açmağa kömək edir, bizə daha sürətli, daha ağıllı vaksinlər hazırlamağa imkan verir.”, deyə tədqiqatın baş müəllifi Dr. Wenping Gong bidlrib.
Xatırladaq ki, onilliklər boyu aparılan səylərə baxmayaraq, vərəm qlobal sağlamlıq böhranı olaraq qalır və hər il 1,3 milyondan çox insanın həyatına son qoyur.