Virusdan sonra üzdə yaranan səpkilər- AÇIQLAMA

“Bəzən herpes virus zədələnməsi olur. Bu zədələnmə səbəbilə çox ağır dərəcədə üçlü sinirin birinci şaxəsi boyunca başın alın nahiyəsindən gözə qədər səpkilər meydana gəlir. Bu səpkilər sonra iltihablanır,partlayır. Bundan sonra isə çox güclü ağrılar meydana gəlir”.

Bu sözləri həkim-nevroloq Aygün Məmmədova Medicalmedia.az-a açıqlamasında deyib. 

“Hətta səpki yaranan zaman 40-41 dərəcəyə qədər hərarət yaranır. Bu çox vaxt qripdən sonra herpes virusu nəticəsində üçlü sinirin birinci şaxəsinin qıcıqlanmasıdır. Bilavasitə, iltihab sinirin kökündə olur. Virus   gəlir sinirin gicgah nahiyəsində olan nüvəsini zədələyir. Bu səpkilər keçsə də , xəstələr ən azı 6 aya qədər bu ağrıları çəkirlər”.

Nevroloqun sözlərinə görə, baxmayaraq ki, onlara müxtəlif dərmanlar,ağrıkəsicilər,qıcolma əleyhinə preparatlar verilir,amma bu ağrılar şiddətli olur. 
Aygün Məmmədova sonda qeyd etdi ki, ən yüngül halda ağrılar sonradan tədricən azala bilir. Amma bəzi insanlar ölənədək bu ağrılardan xilas ola bilmirlər. 

Zeynəb Müzəffərli