Vitaminlər nə zamandan sonra mütəmadi istifadə olunmalıdır?

Son dönəmlər virus infeksiyalarının sürətlə artması səbəbilə insanların ilk ağıla gəldiyi müalicə üsulu vitamin qəbuludur. Bu baxımdan vitaminlərin normadan artıq istifadəsinin zərərləri, çatışmazlığdan yaranan problemlər haqqında mütəxəssislər çağırışlar etdilər. Amma bununla yanaşı insanları bir məqam düşündürür ki, bəs ümumiyyətlə vitamin qəbulu hansı hallarda olmalıdır və nə zamandan sonra mütəmadi istifadə edilməlidir. 

Terapevt Nəzrin Namazova Medicalmedia.az-a açıqlamasında bu suallara aydınlıq gətirməyə çalışıb.

“D vitamini doğulduqdan 10 gün sonra başlayır. Və qış aylarında davamlı istifadəsi məsləhət görülür. C vitamininə gəldikdə isə uşaq vaxtı onun istifadəsi elə də tövsiyyə edilmir. Bu cür vitaminlərin qrip infeksiyası zamanı istifadəsi məsləhət görülür. Yaşlı nəsildə isə, d vitamini, kalsium istifadə olunsa yaxşıdır. Çünki bu cür vitaminlər onurğada yarana biləcək xəstəliklərin, o cümlədən sümük əriməsinin qarşısını alır”.

Terapevt sonda qeyd etdi ki, vitaminin hansı zamandan istifadə olunması individual xarakter daşıyır. Bu cür vitaminlər yəni fərdin narahatlığı əsasında həkim tərəfindən təyin olunmalıdır.  

Zeynəb Müzəffərli