• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • XALQ TƏBABƏTİ
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • XİDMƏTLƏRİMİZ
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
13.09.23 14:04
Bütün xəbərlər
278

İranlı professor Bakıda xəstələrə narkotik tərkibli dərman verirmiş


Bakıda yerləşən İran Klinikasının ortoped həkimi, tibb elmləri üzrə professor Seıf Bargihı Tohıd Rahman ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik tərkibli vasitələr və güclü təsiredici dərmanlar gətirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iranlı həkim narkotik tərkibli vasitələri və digər güclü təsiredici dərmanları gömrük postunda bəyan etmədən Bakıya gətirib.
Professor hava limanında yoxlama zamanı gömrükçülər tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) 234.2 (narkotik əldə etmə, hazırlama, satma) və 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində Bakıdan çıxması qadağan edilməsi şərti ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Anket məlumatlarından görünür ki, təqsirləndirilən şəxs Tehran Universitetinin professoru, həmçinin FİFA-nın dopinq və tibbi işlər üzrə məmurudur. O, eyni zamanda Səhiyyə Xidmətləri Universitetinin nəzdində “İmam Xomeyni” xəstəxanasında və İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin klinikasında (“İran klinikası”) ortoped həkim kimi işləyir. Professor hər ay 7-10 gün ərzində Azərbaycana gələrək, “İran klinikası”nda xəstələri müayinə və müalicə edib.

Seıf Bargihı Tohıd Rahman məhkəmədə verilmiş ittihamlarla özünü təqsirli bilib.

O, ifadəsində narkotik tərkibli vasitələri və dərmanları müalicə məqsədilə tətbiq etdiyini bildirib: “Həmin dərmanları mənə Tehranda olarkən xeyriyyə məqsədilə vermişdilər. Bakıya gələndə isə həmin dərmanları burada ehtiyacı olan xəstələrə verməyi düşünərək özümlə götürdüm. Bakıdakı pasiyentlərimdən birində “Parkinson” xəstəliyinin əlamətləri var idi. Həmin dərmanlar da ona müsbət təsir edirdi. Qiyməti də elə baha olmadığına görə heç pul da almırdım. Bir müddət sonra pasiyentin vəziyyəti ilə bağlı iranlı tanış həkimlə söhbət etdim. Tövsiyə etdi ki, bundan sonra nisbətən yüngül təsirli dərman vasitələrindən istifadə olunmalıdır. Dediyim kimi, xanım pasiyentin maddi imkanı olmadığından digər dərmanları da mən alıb gətirməli oldum. Nə psixotrop, nə də güclü təsir edən dərmanları qazanc əldə etmək üçün gətirmişəm. Yeganə məqsədim xəstələrə yardım edərək həkim kimi məndən razı qalmaları olub”.
İttiham olunan professor Azərbaycanda olduğu müddətdə dörd yüzdən çox xəstəni təmənnasız müalicə və müayinə etməsini, rəsmi icazə olduğu müddətcə müalicə və müayinə etməyi davam etdirdiyini nəzərə alaraq azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edib.
Hökmə əsasən Seıf Bargihı Tohıd Rahman 10 min manat cərimə cəzasına məhkum edilib. Professor cəriməni ödəyən kimi dərhal ölkəsinə qayıdıb. 

XƏBƏR LENTİ

08:59
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
15:38
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
14:51
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
12:56
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
12:11
Havanın çirklənməsi insult riskini artırır
10:37
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
10:33
Qənirə Paşayeva ilə vida mərasimi keçirildi - VİDEO
10:16
Tüpürcəyi plastiki parçalayan qurdlar aşkarlanıb
10:10
Tibb bacısısının COVID pandemiyası ilə bağlı şok etirafı
09:43
İnsanın davranışının xərçəngin müalicəsinə təsiri
09:29
Ev heyvanlarında quduzluq virusunun əsas əlamətləri - AÇIQLAMA
09:08
Qənirə Paşayeva nə zaman və harada dəfn olunacaq...
20:37
Millət vəkili Qənirə Paşayeva vəfat etdi
16:49
Orqan transplantasiyası ilə bağlı təlimatlar xəstəxanalara göndərilib
16:36
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
16:30
Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?
15:14
Azərbaycanda hər il neçə nəfər quduzluqla üz-üzə qalır?
13:32
Tibbi xidmətlərin 56%-nin tarifində artım olub
12:49
“Bu, xəstəxanalara axını daha çox artıracaq”
12:42
“Ən çox ölümə səbəb olan bu xəstəliklərin sığortada olmaması başadüşülən deyil”
12:01
“Əhalinin geniş tibbi imkanlardan yararlanması üçün yeni qaydalar hazırlanır” - Teymur Musayev
11:57
“Xidmətlər zərfi”nə ambulator müalicə üçün dərman preparatları salına bilər” - İdarə Heyətinin sədri
11:52
“Son iki ildə lazımi tibbi avadanlığın alınmasına 100 milyondan çox pul ayrılıb” - Zaur Əliyev
11:43
“Həkimlərin orta aylıq maaşı 2000 manatdan çox artıb”
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
96
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
441
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
104
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
116
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
120

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
30.09.23 08:59 43
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
29.09.23 15:38115
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
29.09.23 14:5175
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
29.09.23 12:56277
Havanın çirklənməsi insult riskini artırır
29.09.23 12:1175
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
29.09.23 10:3762
backend
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
30.09.23 08:59 43
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
29.09.23 15:38115
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
29.09.23 14:5175
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
29.09.23 12:56277
Havanın çirklənməsi insult riskini artırır
29.09.23 12:1175
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
29.09.23 10:3762
backend
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
30.09.23 08:59 43
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
29.09.23 15:38115
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
29.09.23 14:5175
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
29.09.23 12:56277
Havanın çirklənməsi insult riskini artırır
29.09.23 12:1175
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
29.09.23 10:3762

XİDMƏTLƏRİMİZ

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • medicalmedia.az@gmail.com
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.