• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • XALQ TƏBABƏTİ
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • XİDMƏTLƏRİMİZ
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
16.09.23 18:35
Bütün xəbərlər
123

Ekspert: “Tarif Şurasının qərarı dərman bazarında rəqabəti gücləndirəcək”


“Tarif (Qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi ölkədə dərman vasitələrinin satışı üzrə fəaliyyət göstərən təsərrüfat subyektləri arasında rəqabəti gücləndirəcək”.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, bu da dərman bazarında ucuzlaşmaya səbəb olacaq.
“İndiyə qədər Tarif Şurası konkret qiymət müəyyən edirdi və bu dərmanlar bu qiymətə satılırdı. Yəni qiymət çox dar bir dəhlizdə idi. İndi isə dərman satışı üçün yuxarı hədd müəyyənləşdirilir. Bu da rəqabət üçün şərait yaradacaq. Amma qiymətlərin ciddi azalacağını gözləmirəm, sadəcə, bazara yeni oyunçuların daxil olmasına imkan verilib.

Əvvəllər Tarif Şurası konkret qiymət müəyyən etdiyinə görə rəqabət müəyyən qədər pozulurdu. Nəticədə daha rahat formada dərman əldə edə bilib bazarda daha çox alıcı cəlb etməyi bacaran təsərrüfat subyektləri bu fəaliyyətə başlamağa maraqsız idi. Amma bu dəyişiklik təsərrüfat subyektlərini bir qədər aktivləşdirəcək. Bir şərtlə ki, bu aktivliyin qarşısı hansısa digər subyektiv amillərlə alınmasın. Yəni əlində müəyyən qədər inzibati resurslar və ya inzibati resurslara çıxışı olan güclü təsərrüfat subyektləri onlara mane olmasın, ölkəyə dərmanın idxalına, qeydiyyat proseslərinə problem yaratmasınlar. Bunlar olmazsa, apteklər arasında qiymət fərqi olacaq”, - deyə ekspert qeyd edib.
“Dərman bazarına müsbət təsir edəcək proseslərdən biri də Milli Məclisdə Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı göndərilən təkliflərlə bağlıdır. Yaxın müddətdə bu məcəllənin qəbulu gözlənilir. Sənəd qəbul edilərsə, işlək mexanizm formalaşarsa, onun işləməsinə hansısa inzibati maneələr yaradılmazsa, dərman əlçatanlığı ölkə əhalisi üçün daha yaxşı olar”, - deyə o əlavə edib.

Ekspert hesab edir ki, ölkədə dərman vasitələrinə əlçatanlığın təmin olunması üçün görülən tədbirlər bu il əvvəlki illərlə müqayisədə daha nikbin təəssürat yaradır:

“Dərman zavodlarının açılması və qanunvericilik bazasında dəyişikliklərin olması müsbət haldır. Eyni zamanda, bir qərar dərmanların qiymətinin kəskin enməsini təmin edə bilməz. Dərman vasitələrinin kifayət qədər ucuzlaşması üçün problem kompleks şəkildə həll olunmalıdır. Bunlardan da biri ölkədə dərman istehsalına kifayət qədər nail olunmasıdır. Yəni daha böyükhəcmli zavodların tikintisinə ehtiyac var. Bu il yeni dərman zavodunun açılmasını bu istiqamətdə bir ilk hesab etmək olar. Məncə, bu, müsbət bir tendensiya yarada biləcək. Düzdür, ölkədə bütün dərman vasitələrinin istehsalı mümkün deyil, buna 20 ilə də nail ola bilmərik. Amma ən azından, nədənsə başlamaq lazımdır. Bu baxımdan, dərman zavodlarının açılmasını müstəsna əhəmiyyətli hadisə hesab edirəm.

Bundan başqa, əvvəl dərman vasitələrinin qeydiyyata alınması ilə bağlı istehsalçıların məcburi müraciəti olmalı idi. Yeni dəyişikliklə idxalçıların da müraciəti əsasında dərman vasitələri qeydiyyata alına bilər”.

XƏBƏR LENTİ

08:59
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
15:38
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
14:51
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
12:56
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
12:11
Havanın çirklənməsi insult riskini artırır
10:37
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
10:33
Qənirə Paşayeva ilə vida mərasimi keçirildi - VİDEO
10:16
Tüpürcəyi plastiki parçalayan qurdlar aşkarlanıb
10:10
Tibb bacısısının COVID pandemiyası ilə bağlı şok etirafı
09:43
İnsanın davranışının xərçəngin müalicəsinə təsiri
09:29
Ev heyvanlarında quduzluq virusunun əsas əlamətləri - AÇIQLAMA
09:08
Qənirə Paşayeva nə zaman və harada dəfn olunacaq...
20:37
Millət vəkili Qənirə Paşayeva vəfat etdi
16:49
Orqan transplantasiyası ilə bağlı təlimatlar xəstəxanalara göndərilib
16:36
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
16:30
Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?
15:14
Azərbaycanda hər il neçə nəfər quduzluqla üz-üzə qalır?
13:32
Tibbi xidmətlərin 56%-nin tarifində artım olub
12:49
“Bu, xəstəxanalara axını daha çox artıracaq”
12:42
“Ən çox ölümə səbəb olan bu xəstəliklərin sığortada olmaması başadüşülən deyil”
12:01
“Əhalinin geniş tibbi imkanlardan yararlanması üçün yeni qaydalar hazırlanır” - Teymur Musayev
11:57
“Xidmətlər zərfi”nə ambulator müalicə üçün dərman preparatları salına bilər” - İdarə Heyətinin sədri
11:52
“Son iki ildə lazımi tibbi avadanlığın alınmasına 100 milyondan çox pul ayrılıb” - Zaur Əliyev
11:43
“Həkimlərin orta aylıq maaşı 2000 manatdan çox artıb”
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
96
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
441
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
104
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
116
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
120

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
30.09.23 08:59 57
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
29.09.23 15:38115
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
29.09.23 14:5175
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
29.09.23 12:56277
Havanın çirklənməsi insult riskini artırır
29.09.23 12:1176
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
29.09.23 10:3762
backend
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
30.09.23 08:59 57
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
29.09.23 15:38115
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
29.09.23 14:5175
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
29.09.23 12:56277
Havanın çirklənməsi insult riskini artırır
29.09.23 12:1176
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
29.09.23 10:3762
backend
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
30.09.23 08:59 57
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
29.09.23 15:38115
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
29.09.23 14:5175
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
29.09.23 12:56277
Havanın çirklənməsi insult riskini artırır
29.09.23 12:1176
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
29.09.23 10:3762

XİDMƏTLƏRİMİZ

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • medicalmedia.az@gmail.com
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.