• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • XALQ TƏBABƏTİ
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • XİDMƏTLƏRİMİZ
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
12.05.23 15:22
Bütün xəbərlər / Müsahibələr / Səhiyyə Tv
146

"Azərbaycanın potensialı var ki, bu siyahıdan çıxa bilsin" - MÜSAHİBƏ


8,9 may tarixlərində ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin mənzil qərargahında vərəmlə universal tibbi təminatla bağlı bütün tərəflərin iştirak etdiyi dinləmələr keçirilib. Bu dinləmədə Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, Azərbaycanın Vərəm əleyhinə Koalisiyasının üzvü, Vərəmlə Mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvü Pərvanə Vəliyeva da iştirak edib.

Mütəxəssisin medicalmedia.az-ya verdiyi açıqlamasını təqdim edirik. 

- Pərvanə Xanım, ilk olaraq istərdik ki, Nyu-Yorkda keçirilən dinləmədəki çıxışınızdan danışasız. Ümumiyyətlə, dinləmənin keçirilmə məqsədi nədən ibarət idi?

- Sualınız üçün təşəkkür edirəm. Bu dinləmələrin əsas məqsədi ondan ibarətdir ki, bu ilin 22 sentyabr tarixində BMT-in mənzil qərargahında Baş Assambleyanın vərəmlə bağlı yüksək səviyyəli görüşü keçiriləcək. Və o görüşdə BMT-yə üzv olan dövlətlər siyasi bəyannamə qəbul edəcəklər. Bununla da üzv ölkələr vərəmlə bağlı mübarizədə daha effektiv olmaq üçün siyasi öhdəliklərə imza atıb, öz ölkələrində vərəmlə bağlı mübarizəni gücləndirəcəklər.  Əlavə məlumat üçün qeyd edim ki, dinləmələrdə 45-ə yaxın ölkənin nümayəndəsi, o cümlədən 60 nəfər nümayəndə iştirak edirdi. Həmçinin əlavə edim ki, dinləmələrdən öncə “Stop Vərəm” Tərəfdaşlığının dəstəyi ilə 45-ə yaxın ölkənin BMT-də yerləşən daimi nümayəndəliklərində, o cümlədən BMT-də yerləşən Azərbaycanın daimi nümayəndəliyində müşavirlə görüş keçirildi. Görüşdə Azərbaycanın vərəmlə mübarizə sahəsində olan uğurları vurğulandı və ölkəmizdə vərəmlə bağlı vəziyyət onların diqqətinə çatdırıldı. Həmçinin qeyd olundu ki, COVID-19 pandemiyası dövründə Azərbaycan vaksinlərin bərabər ədalətli bölgüsü ilə bağlı bütün dünyaya humanistlik nümayiş etdirdi. Vurğulandı ki, pandemiya dövründə Azərbaycan ÜST-ə 5 milyon ABŞ dolları məbləğində xəstəliklə mübarizə istiqamətində səylərinin gücləndirilməsi üçün ianə edib, əlavə olaraq 5 milyon ABŞ dolları məbləğində ianə isə Qoşulmama Hərəkatına üzv olan aşağı və aşağı-orta gəlirli ölkələrin pandemiya ilə effektiv mübarizə aparılması üçün üsib. Xüsusi bildirməliyəm ki, görüşdə Azərbaycanın bu cür addımları yüksək qiymətləndirildi.  Və şübhəsiz qeyd olundu ki, Azərbaycanın vərəmə də son qoya biləcək potensialı və resursları var. Biz düşünürük ki, Azərbaycan 2030-cu ilə qədər dayanıqlı inkişaf məqsədləri olan 3 yaxşı səhiyyə və rifah məqsədinə nail olacaq və vərəmə son qoymağı bacaraq. 

- Səhv etmiriksə bu istiqamətdə növbəti iclas Düşənbədə keçiriləcək. Bəs bu iclasda nələr müzakirə olunacaq və sizin çıxışınız hansı istiqamətləri əks etdirəcək?

- Düşənbədə isə Regional Vətəndaş Cəmiyyətlərinin forumu keçiriləcək. Bu forumda dünyanın 50-dən çox ölkəsindən nümayəndənin cəlb olunması, həmçininin orda da 22 sentyabr tarixində planlaşdırılan vərəmlə bağlı siyasi bəyannamənin müddəaları müzakirə olunacaq. Qeyd edək ki, bəyannamə BMT-də dinləmələrdə Baş Assambleyaya təqdim olundu. Sənəd dünyanın bir çox ölkəsindən olan ekspertlər tərəfindən peşəkarlıqla hazırlanıb. Əlbəttə hazırlanma prosesində bütün maraqlı tərəflər, QHT-lər, o cümlədən vərəmin təsirinə məruz qalmış şəxslərin istəkləri,ehtiyacları dinlənilib, nəzərə alınmaqla hazırlanıb. 
Biz çalışırıq ki, bu sənəddə qeyd olunan bütün müddəaların siyasi bəyənnamədə öz əksini tapmasına nail olaq. 

- Pərvanə xanım, məlumdur ki, vərəm dünyada ən çox ölümlə nəticələnən yoluxucu xəstəlik hesab olunur. Mütəxəssislər bildirirlər ki, xəstəliklə bağlı aşağı və aşağı-orta gəlirli ölkələrdə vəziyyət daha gərgindir. Bu yöndə ölkəmizdəki vəziyyətdən danışsaq,nələri qeyd edərsiz? Ümumiyyətlə, vərəmlə bağlı ölkəmizdəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Məlumdur ki, dünyada hər il 10 milyondan çox insan vərəmə yoluxur və 2 milyona yaxın insan yoluxucu xəstəlikdən dünyasını dəyişir. Vərəm sərhəd tanımır. Qlobal səhiyyəni təhdid edən bir xəstəlikdir. Biz dünyadakı ən sonuncu insanı müalicə etməyənədək vərəmə son qoya bilmərik. Vərəmlə bağlı ölkədəki vəziyyət son dövrlərdə ürəkaçan olsa da, ÜST-ün yeni strategiyalarına istinadən müalicələr aparılsa da, qonşu ölkələrdə, eyni zamanda sizin də vurğuladığınız kimi bizim dəstəklədiyimiz Qoşulmama Hərəkatına üzv olan aşağı və aşağı-orta gəlirli ölkələrdə vərəmin vəziyyəti çox acınacaqlıdır. Təəssüflə qeyd edirəm ki, ölkəmiz dərmanlara davamlı vərəmin ən çox yayıldığı 30 ölkə içərisində yer alır. Ancaq biz düşünürük ki, dərmanlara davamlı vərəmin də müalicəsi əlçatandır. Və Azərbaycanın da kifayət qədər potensialı var ki, 2030-cu ilə qədər bu siyahıdan çıxa bilsin. 
 
Zeynəb Müzəffərli

XƏBƏR LENTİ

17:20
Sabah bəzi rayonlara dolu düşəcək- AÇIQLAMA
17:05
Myeloma xəstəliyi nədir?
17:04
Damar problemi yalnız estetik görüntünü pozmur- ciddi fəsadlar YARADA BİLƏR
16:51
Qarın piyləri haqqında bunları bilməlisiniz
16:35
Azərbaycanda əməliyyatdan sonra 9 yaşlı uşaq öldü - Ana klinikanı günahlandırır
16:15
Şok olay: Qadın şəhər mərkəzində hər kəsin gözü önündə ÇİMDİ- VİDEO
15:35
"O KİM İDİ?" adlı bədii-intellektual tədbir keçirilib
15:24
Azərbaycan əhali sayına görə dünyada neçənci yerdədir?
15:07
Kişilərin əksəriyyəti bunu SƏHV edir: Sidik ifraz edərkən…
15:06
Xərçəngin erkən aşkarlanması üçün yeni üsul
15:06
Mütəxəssis xəbərdarlıq edir: Süd və süd məhsulları alarkən bu detala diqqət edin!
15:05
250 mindən çox insanın həyatı təhlükədə
13:03
Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə I Beynəlxalq Konqres baş tutub
12:22
İnsanlar onkoloji xəstəliklərdən qorxurlar
12:22
Kişi sonsuzluğunun müxtəlif səbəbləri var
12:21
İçə doğru yerimə problemi nədən yaranır?
11:39
Uşaqları özgüvənsiz böyüdürük
11:08
Quduzluqla bağlı ekspertdən - XƏBƏRDARLIQ
11:02
Xəstəliklərdən qoruyan, orqanizmi təmizləyən TƏBİİ MÖCÜZƏ
10:54
Peyvəndi olmayan yeni virus yayılır
10:33
Ölkədə zəhərlənənlərin sayı açıqlandı
17:18
Ümumdünya Səhiyyə Təşkilatının 75 illiyi qeyd olunub - VİDEO
17:05
Daun sindromlu uşaqlar üçün əyləncə təşkil edilib
16:58
Vaksinasiyaya dəstək layihəsinin nəticələri
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Myeloma xəstəliyi nədir?
2.06.23 17:05
10
backend
Damar problemi yalnız estetik görüntünü pozmur- ciddi fəsadlar YARADA BİLƏR
2.06.23 17:04
9
backend
"O KİM İDİ?" adlı bədii-intellektual tədbir keçirilib
2.06.23 15:35
11
backend
Quş qripindən necə qorunaq?- VİDEO
31.05.23 15:32
26
backend
Uşaqlarda yaranmış nevroloji pozuntuların səbəbləri- VİDEO
31.05.23 15:27
16

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sabah bəzi rayonlara dolu düşəcək- AÇIQLAMA
2.06.23 17:20 10
Myeloma xəstəliyi nədir?
2.06.23 17:0510
Damar problemi yalnız estetik görüntünü pozmur- ciddi fəsadlar YARADA BİLƏR
2.06.23 17:049
Qarın piyləri haqqında bunları bilməlisiniz
2.06.23 16:518
Azərbaycanda əməliyyatdan sonra 9 yaşlı uşaq öldü - Ana klinikanı günahlandırır
2.06.23 16:35191
Şok olay: Qadın şəhər mərkəzində hər kəsin gözü önündə ÇİMDİ- VİDEO
2.06.23 16:159
backend
Sabah bəzi rayonlara dolu düşəcək- AÇIQLAMA
2.06.23 17:20 10
Myeloma xəstəliyi nədir?
2.06.23 17:0510
Damar problemi yalnız estetik görüntünü pozmur- ciddi fəsadlar YARADA BİLƏR
2.06.23 17:049
Qarın piyləri haqqında bunları bilməlisiniz
2.06.23 16:518
Azərbaycanda əməliyyatdan sonra 9 yaşlı uşaq öldü - Ana klinikanı günahlandırır
2.06.23 16:35191
Şok olay: Qadın şəhər mərkəzində hər kəsin gözü önündə ÇİMDİ- VİDEO
2.06.23 16:159
backend
Sabah bəzi rayonlara dolu düşəcək- AÇIQLAMA
2.06.23 17:20 10
Myeloma xəstəliyi nədir?
2.06.23 17:0510
Damar problemi yalnız estetik görüntünü pozmur- ciddi fəsadlar YARADA BİLƏR
2.06.23 17:049
Qarın piyləri haqqında bunları bilməlisiniz
2.06.23 16:518
Azərbaycanda əməliyyatdan sonra 9 yaşlı uşaq öldü - Ana klinikanı günahlandırır
2.06.23 16:35191
Şok olay: Qadın şəhər mərkəzində hər kəsin gözü önündə ÇİMDİ- VİDEO
2.06.23 16:159

XİDMƏTLƏRİMİZ

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • medicalmedia.az@gmail.com
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.