• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • XALQ TƏBABƏTİ
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • XİDMƏTLƏRİMİZ
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
25.05.23 16:43
Bütün xəbərlər
365

Bu da oldu: xəstə şikəst edildi - Günahkarı Xəstəxana cəzalandırmır - DƏHŞƏTLİ OLAY



Tovuz rayonu, Ağdam kənd sakini Yusifova Aliyə uşaq vaxtı ermənilərin atdığı gülləyə tuş gəlib. Cəmi 2 yaşı olanda mənfur düşmənin mərmisi onun boynunun bir tərəfindən girib, digər tərəfindən çıxıb. Balaca Aliyə aldığı ağır xəsarətə baxmayaraq, həyata tutunmağı bacarsa da, zədəsi illər sonra özünü skalioz kimi büruzə verib.

Ötən il Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda skaliozdan əməliyyat olan Aliyənin bədənindəki zəiflik yarasının sağalmasına imkan verməyib. Xəstəxanadan evə buraxıldıqdan sonra yarası şişib çirk etməyə başlayıb. Mayın 18-də yenidən həmin xəstəxanada əməliyyata alınıb. Lakin onun erməni gülləsindən betər bəlası bu əməliyyat zamanı gəlib başına.

AFN.az-a danışan A.Yusifova deyir ki, narkozdan ayıldıqdan sonra qıçında dözülməz ağrılar hiss edib. Səbəbini soruşduqda deyiblər ki, ayağın əməliyyat zamanı “bir az” yanıb. Həmin “bir az” yanıq Aliyəyə körpəliyindən bəri yaşadığı bütün ağrıları unutdurub. Gündə bir neçə dəfə vurulan ağrıkəsicilərlə yaşadığını deyən A.Yusifova bildirir ki, xəstəxana personalından bəzi şəxslər ona şikəst qalacağını deyiblər: “O sözü eşidəndən sonra yanığın niyə belə möhkəm ağrıdığı mənə agah oldu. Sümüyüməcən yandırıblar məni, ağrılara dözə bilmirəm”.

Məlum olur ki, A.Yusifova əməliyyat zamanı qanı dayandırmaq üçün istifadə edilən yandırıcı aparatla yandırılıb. Məsələ ilə bağlı xəstəni əməliyyat edən həkim Toğrul Cəlilovla danışdıq. Həkim bildirdi ki, hadisənin baş verməsinə səbəb Kəmalə adlı kiçik tibb bacısıdır. Həmin tibb bacısı əməliyyat otağının işçisidir və T.Cəlilovun sözlərinə görə, bu, birinci hal deyil: “Mənim əməliyyatlarım zamanı onun əlində bir neçə dəfə belə hadisə baş verib, hər dəfə də rəhbərlik qarşısında məsələ qaldırmışam, amma nədənsə ciddi tədbir görülmür”.
Hadisənin detallarına gəldikdə, T.Cəlilov bildirdi ki, əməliyyat zamanı həmin aparatın bir ucu əməliyyat həkimində, bir ucu isə tibb bacısında olur: “Mən ondan damarları yandırıb qanı kəsmək üçün istifadə edirəm, tibb bacısı isə o biri ucunu xəstənin bədənnə toxundurmalıdır. Bunun üçün standart yer var, budun alt üçdə biri. Deməli, xəstəni çeviririk, üstünü strelizə olunmuş örtüklə örtürük, mən gedib yuyunub, əməliyyat geyimini geyinib gələnəcən həmin tibb bacırı o elektrodu budun alt üçdə birinə yapışdırmalıdır. Tibb bacısı bunu necə edib, necə yapışdırıbsa belə yanıq meydana çıxıb. Deyəsən, dizinə qoyub yanlış olaraq. Bir dəfə də başqa həkimdə belə hal olmuşdu. Rəhbərliyə də demişik, amma yenə o tibb bacısı orada işləyir. Mən əməliyyatdan dərhal sonra şöbə müdirinə məlumat verdim, dedim heç olmasa töhmət verilsin. Xəstənin özünə də başa saldım ki, belə hal baş verib. Şikayət etmək, etiraz etmək xəstənin hüququdur. Mən əməliyyat etdiyim xəstəliyə cavabdehəm, hər şey yüksək səviyyədədir. Biz çalışacağıq ki, onun dizindəki yanıq da minimal zədə ilə keçsin. Başqa nə deyə bilərəm bu haqda, bilmirəm”.
T.Cəlilov xəsarətin qalıcı olmayacağını ehtimal edir: “Güman ki, qalıcı olmayacaq. Yanığın kənarındakı dərilərdən yerli köçürmə olacaq əgər deşik əmələ gəlsə. Bəlkə də heç əmələ gəlmədi. Uzunmüddətli müalicə lazım olacaq, biz hamısını edəcəyik. O ki qaldı xəstədə hər hansı qüsurun qalmasına, mən buna cavabdehəm ki, heç bir qüsur qalmayacaq. Yara sağalana qədər ola bilsin xəstədə müəyyən narahatlıq olsun. Bunun üçün biz bir müddət gözləyəcəyik. Beli sağalsın getsin, sonra dizindəki xəsarətlə bağlı gələcək və lazım olan hər şey ediləcək”.

XƏBƏR LENTİ

17:20
Sabah bəzi rayonlara dolu düşəcək- AÇIQLAMA
17:05
Myeloma xəstəliyi nədir?
17:04
Damar problemi yalnız estetik görüntünü pozmur- ciddi fəsadlar YARADA BİLƏR
16:51
Qarın piyləri haqqında bunları bilməlisiniz
16:35
Azərbaycanda əməliyyatdan sonra 9 yaşlı uşaq öldü - Ana klinikanı günahlandırır
16:15
Şok olay: Qadın şəhər mərkəzində hər kəsin gözü önündə ÇİMDİ- VİDEO
15:35
"O KİM İDİ?" adlı bədii-intellektual tədbir keçirilib
15:24
Azərbaycan əhali sayına görə dünyada neçənci yerdədir?
15:07
Kişilərin əksəriyyəti bunu SƏHV edir: Sidik ifraz edərkən…
15:06
Xərçəngin erkən aşkarlanması üçün yeni üsul
15:06
Mütəxəssis xəbərdarlıq edir: Süd və süd məhsulları alarkən bu detala diqqət edin!
15:05
250 mindən çox insanın həyatı təhlükədə
13:03
Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə I Beynəlxalq Konqres baş tutub
12:22
İnsanlar onkoloji xəstəliklərdən qorxurlar
12:22
Kişi sonsuzluğunun müxtəlif səbəbləri var
12:21
İçə doğru yerimə problemi nədən yaranır?
11:39
Uşaqları özgüvənsiz böyüdürük
11:08
Quduzluqla bağlı ekspertdən - XƏBƏRDARLIQ
11:02
Xəstəliklərdən qoruyan, orqanizmi təmizləyən TƏBİİ MÖCÜZƏ
10:54
Peyvəndi olmayan yeni virus yayılır
10:33
Ölkədə zəhərlənənlərin sayı açıqlandı
17:18
Ümumdünya Səhiyyə Təşkilatının 75 illiyi qeyd olunub - VİDEO
17:05
Daun sindromlu uşaqlar üçün əyləncə təşkil edilib
16:58
Vaksinasiyaya dəstək layihəsinin nəticələri
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Myeloma xəstəliyi nədir?
2.06.23 17:05
12
backend
Damar problemi yalnız estetik görüntünü pozmur- ciddi fəsadlar YARADA BİLƏR
2.06.23 17:04
10
backend
"O KİM İDİ?" adlı bədii-intellektual tədbir keçirilib
2.06.23 15:35
13
backend
Quş qripindən necə qorunaq?- VİDEO
31.05.23 15:32
26
backend
Uşaqlarda yaranmış nevroloji pozuntuların səbəbləri- VİDEO
31.05.23 15:27
17

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sabah bəzi rayonlara dolu düşəcək- AÇIQLAMA
2.06.23 17:20 11
Myeloma xəstəliyi nədir?
2.06.23 17:0512
Damar problemi yalnız estetik görüntünü pozmur- ciddi fəsadlar YARADA BİLƏR
2.06.23 17:0410
Qarın piyləri haqqında bunları bilməlisiniz
2.06.23 16:518
Azərbaycanda əməliyyatdan sonra 9 yaşlı uşaq öldü - Ana klinikanı günahlandırır
2.06.23 16:35192
Şok olay: Qadın şəhər mərkəzində hər kəsin gözü önündə ÇİMDİ- VİDEO
2.06.23 16:159
backend
Sabah bəzi rayonlara dolu düşəcək- AÇIQLAMA
2.06.23 17:20 11
Myeloma xəstəliyi nədir?
2.06.23 17:0512
Damar problemi yalnız estetik görüntünü pozmur- ciddi fəsadlar YARADA BİLƏR
2.06.23 17:0410
Qarın piyləri haqqında bunları bilməlisiniz
2.06.23 16:518
Azərbaycanda əməliyyatdan sonra 9 yaşlı uşaq öldü - Ana klinikanı günahlandırır
2.06.23 16:35192
Şok olay: Qadın şəhər mərkəzində hər kəsin gözü önündə ÇİMDİ- VİDEO
2.06.23 16:159
backend
Sabah bəzi rayonlara dolu düşəcək- AÇIQLAMA
2.06.23 17:20 11
Myeloma xəstəliyi nədir?
2.06.23 17:0512
Damar problemi yalnız estetik görüntünü pozmur- ciddi fəsadlar YARADA BİLƏR
2.06.23 17:0410
Qarın piyləri haqqında bunları bilməlisiniz
2.06.23 16:518
Azərbaycanda əməliyyatdan sonra 9 yaşlı uşaq öldü - Ana klinikanı günahlandırır
2.06.23 16:35192
Şok olay: Qadın şəhər mərkəzində hər kəsin gözü önündə ÇİMDİ- VİDEO
2.06.23 16:159

XİDMƏTLƏRİMİZ

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • medicalmedia.az@gmail.com
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.