• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • XALQ TƏBABƏTİ
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • XİDMƏTLƏRİMİZ
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
2.06.23 11:08
Bütün xəbərlər
41

Quduzluqla bağlı ekspertdən - XƏBƏRDARLIQ


- Ceyran xanım, ilk öncə bilmək istərdik ki, quduzluq nədir və xəstəlik neçə ötürülür?

- Quduzluq mərkəzi sinir sisteminin zədələnməsi əlamətləri ilə səciyyələnən virus mənşəli ağır infeksion zoonoz xəstəlikdir. Virus xəstə heyvanların tüpürcəyi ilə ifraz olunduğundan xəstəlik daha çox quduz heyvanların dişləməsi nəticəsində baş verir. Xəstəliyin törədicisi miksoviruslar qrupunun “Rhabdoviridae” ailəsinin Lissavirus cinsinə aid olan RNT tərkibli neyrotrop virusdur (Rabies virus).
Xəstəlik insana quduz heyvanların dişləməsi, cırmaqlaması və ya heyvanların ağız suyu ilə zədələnmə nahiyəsinin bulaşması nəticəsində keçir. Virus zədə nahiyəsindən insan orqanizminə daxil olduqdan sonra törədici sinir kökləri vasitəsilə mərkəzi sinir sisteminə daxil olur ki, orada viruslar toplanır və ensefalit inkişaf edir. Sonradan bu virus tüpürcək vəzilərinə daxil olaraq intensiv şəkildə çoxalmağa başlayır.
- Bəs xəstəliyin əlamətləri nələrdir?
- Quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur. Heyvanlarda xəstəliyin gizli (latent) dövrü 10 gün, bəzən 3-8 həftəyə qədər davam edə bilər. Əksər hallarda ağız suyu axması və qusma heyvanlarda quduzluğun ümumi simptomlarıdır. Heyvanlar gizli dövrün sonunda (xəstəlik təzahürlərindən 2-10 gün əvvəl) yoluxucu olur.

İnsanlarda quduzluğun gizli dövrü əsasən 1-2 ay davam etsə də, lakin bəzi hallarda bu müddət bir həftəyə qədər azala bilər. Gizli dövrün davamlığı xəstənin yaşından, immun vəziyyətindən, zədələnmənin xarakterindən (cırmaqlama, dişləmə, tüpürcəkləmə) və lokalizasiyasından (mərkəzi sinir sisteminə yaxınlığından) asılıdır. Uşaqlarda gizli dövr daha qısa olur.

- Doktor, bir heyvanın hücumuna məruz qaldıqdan sonra zərərçəkən üçün ilk olaraq ev şəraitində hansı tədbir görülə bilər?
- İnsan hər hansı bir heyvanın dişləməsinə, cırmaqlamasına və ya tüpürcəkləməsinə məruz qalarsa, ilk olaraq ev şəraitində və ya müraciət etdiyi tibb müəssisəsində (cərrah və ya tibb bacısı tərəfindən) zədə nahiyyəsi 72%-li sabunlu su ilə yuyulmalıdır. Zədə nahiyəsi yuyulduqdan sonra spirt və ya yod məhlulu ilə dezinfeksiya edilməlidir.
- Heyvan dişlədikdən sonra quduzluğa qarşı neçə doz peyvənd vurulmalıdır?
- Quduzluq virusuna yoluxma şübhəsi olduqdan sonra dərhal yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə antirabik vaksini vurulmalıdır. Quduzluq virusu insanlar üçün həyati təhlükəsi olduğundan zədələnmənin lokalizasiyasından asılı olaraq, antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur. Həmçinin, əlavə olaraq tetanus əleyhinə anatoksin vurulur. Heyvan tərəfindən zədələnməyə məruz qalmış şəxsin müalicə kursu müalicə-profilaktika müəssisəsinin cərrahı tərəfindən təyin edilir. Belə ki, əgər dişləyən heyvan məlumdursa və 10 gün müddətində sağ qalmışsa, o zaman şərti müalicə kursu təyin edilir. Şərti müalicə zərərçəkənin müraciət etdiyi gün, həmçinin 7, 21 və ya 28-ci günləri antirabik vaksin vurulur. Dişləyən heyvanın naməlum olduğu təqdirdə və ya məlum olan halda belə 10 gün müddətində ölmüşdürsə, o zaman qeyri-şərti müalicə kursu təyin olunur. Qeyri-şərti zədələnmənin müraciət edilən gün, həmçinin 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur. Bu peyvəndlərin hər biri əzələdaxilinə yeridilir.
- Hansı heyvanların dişləməsi insan həyatı üçün daha təhlükəlidir?
- Virus istiqanlı heyvanların bir çox növləri həm vəhşi, həm də ev heyvanları üçün patogendir. Quduzluğa canavarlar, çaqqallar, tülkülər, yenotabənzər itlər, pişiklər, iribuynuzlu qaramal və s. heyvanlar yoluxur. Bunlardan canavarlar, tülkülər və s. itkimilər dəstəsinin nümayəndələri aparıcı yer tutur.
- Quduzluğa yoluxmamaq üçün nələri bilmək vacibdir?
- Heyvanlar arasında quduzluq xəstəliyinin profilaktikası baytarlıq idarəsinin həkimləri tərəfindən sahibsiz itlərə peyvənd vurulması ilə aparılır. Bundan başqa, ev şəraitində heyvan saxlayan vətəndaşlar mütləq şəkildə öz heyvanlarını müntəzəm olaraq baytar müayinəsindən keçirməli, peyvəndlərini vurdurmalıdırlar.
İnsanlar arasında isə bu xəstəliyə yoluxmamaq üçün çöl heyvanları ilə təmasdan uzaq olmaq lazımdır. Hər hansı bir heyvan hücumuna məruz qalma halları qeyd edilərsə, bu zaman quduzluq virusuna yoluxma şübhəsi olduqda şəxs dərhal yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməlidir.

XƏBƏR LENTİ

08:59
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
15:38
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
14:51
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
12:56
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
12:11
Havanın çirklənməsi insult riskini artırır
10:37
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
10:33
Qənirə Paşayeva ilə vida mərasimi keçirildi - VİDEO
10:16
Tüpürcəyi plastiki parçalayan qurdlar aşkarlanıb
10:10
Tibb bacısısının COVID pandemiyası ilə bağlı şok etirafı
09:43
İnsanın davranışının xərçəngin müalicəsinə təsiri
09:29
Ev heyvanlarında quduzluq virusunun əsas əlamətləri - AÇIQLAMA
09:08
Qənirə Paşayeva nə zaman və harada dəfn olunacaq...
20:37
Millət vəkili Qənirə Paşayeva vəfat etdi
16:49
Orqan transplantasiyası ilə bağlı təlimatlar xəstəxanalara göndərilib
16:36
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
16:30
Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?
15:14
Azərbaycanda hər il neçə nəfər quduzluqla üz-üzə qalır?
13:32
Tibbi xidmətlərin 56%-nin tarifində artım olub
12:49
“Bu, xəstəxanalara axını daha çox artıracaq”
12:42
“Ən çox ölümə səbəb olan bu xəstəliklərin sığortada olmaması başadüşülən deyil”
12:01
“Əhalinin geniş tibbi imkanlardan yararlanması üçün yeni qaydalar hazırlanır” - Teymur Musayev
11:57
“Xidmətlər zərfi”nə ambulator müalicə üçün dərman preparatları salına bilər” - İdarə Heyətinin sədri
11:52
“Son iki ildə lazımi tibbi avadanlığın alınmasına 100 milyondan çox pul ayrılıb” - Zaur Əliyev
11:43
“Həkimlərin orta aylıq maaşı 2000 manatdan çox artıb”
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
96
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
441
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
104
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
116
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
120

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
30.09.23 08:59 23
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
29.09.23 15:38115
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
29.09.23 14:5175
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
29.09.23 12:56277
Havanın çirklənməsi insult riskini artırır
29.09.23 12:1175
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
29.09.23 10:3761
backend
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
30.09.23 08:59 23
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
29.09.23 15:38115
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
29.09.23 14:5175
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
29.09.23 12:56277
Havanın çirklənməsi insult riskini artırır
29.09.23 12:1175
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
29.09.23 10:3761
backend
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
30.09.23 08:59 23
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
29.09.23 15:38115
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
29.09.23 14:5175
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
29.09.23 12:56277
Havanın çirklənməsi insult riskini artırır
29.09.23 12:1175
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
29.09.23 10:3761

XİDMƏTLƏRİMİZ

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • medicalmedia.az@gmail.com
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.