• Ana Səhifə
  • Səhifələr
    • Haqqımızda
    • Əlaqə
    • Media
    • Hava (Azərbaycan)
    • Hava (Dünya)
    • Məzənnə
    • Koronavirus
  • Media
    • Redaksiya siyasəti və peşə etikası qaydaları
  • Editor TV
  • Siyasət
  • Gündəm
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Maqazin
  • İdman
  • Diaspora
  • Elm və təhsil
  • Mətbuat
  • Haqqımızda
  • Əlaqə
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • XALQ TƏBABƏTİ
  • XƏSTƏLİKLƏR
  • MÜSAHİBƏLƏR
  • XİDMƏTLƏRİMİZ
  • SƏHİYYƏ TV
  • KORONAVİRUS
2.06.23 16:35
Bütün xəbərlər
620

Azərbaycanda əməliyyatdan sonra 9 yaşlı uşaq öldü - Ana klinikanı günahlandırır


Bu ilin yanvarında burun-boğaz əməliyyatından sonra ölən 9 yaşlı Ağasəlim Nadirlinin ailəsi təyin edilmiş ekspertizanın cavabından narazıdır.
A.Nadirlinin anası Günel Nadirli bildirib ki, “Xətai” Tibb Mərkəzində burun-boğaz əməliyyatı olan və fevralın 1-də vəfat edən 2014-cü il təvəllüdlü oğlunun ölümünə onun keçirdiyi cərrahi əməliyyatın səbəb olub.
O deyir ki, bu, ekspert rəyində qeyd edilməyib. Baş vermiş hadisə ilə bağlı cinayət işinin açılmasını tələb edən ailə təkrar ekspertizanın təyin edilməsini və məsələyə düzgün hüquqi qiymət verilməsini istəyir: “Oğlum Nadirli Ağasəlim Vüqar oğlu 25.01.2023 tarixində “Xətai” Tibb Mərkəzi adı verilmiş keçmiş Əfəndiyev adına xəstəxanada burun-boğaz ətindən əməliyyat keçirdi. Belə ki, oğlumun burun-boğaz əti çox böyük idi, qulağına karlıq verirdi. Ərazi üzrə qeydiyyatda olduğumuz poliklinikadan  tibbi sığorta əsasında göstəriş verildi. Cərrah Səyyaf Təhməzov tərəfindən tibbi sığorta ilə əməliyyat edildi, uşaq səhəri gün evə buraxıldı, həkim yoxladı, üstdən baxdı və dedi ki, gedə bilərsiniz”.
Günel Nadirli bildirib ki, əməliyyatın 7-ci günündə evdə olarkən oğlunun burnundan və ağzından qanaxma başlayıb: “Dəhşətli qanaxma başlamışdı. Biz Əhmədlidə oluruq, tez öz maşınımızla Həzi Aslanovdakı təcili tibbi yardım stansiyasına apardıq ki, qanı kəssinlər. Orada müdaxilə etdilər, amma dedilər gecdir. Xahiş etdim ki, bizi təcili tibbi yardım maşını ilə Əfəndiyev adına xəstəxanaya çatdırsınlar, çünki uşaq orada əməliyyat olunub. Lakin heç kim yaxın durmadı, məcbur öz maşınımızla apardıq.
Oraya çatan kimi otağa saldıq, müdaxilə edildi. Sonra çıxıb soruşdular ki, uşaq nə yeyib? Məni günahlandırmaq istəyirdilər. Mən də çox pis vəziyyətdə idim. Çünki həmin vaxt qızım da əməliyyat olunmuşdu, ona da nəsə olar deyə çox qorxurdum. Dedim heç nə yeyə bilmir uşaq, nə yeyəcək ki, elə evə gələn gündən qızdırmalı idi. Bu hadisədən sonra qızımı yenidən həmin xəstəxanaya yatızdırdıq, görsünlər ki, qızım da pis haldadır, 1 həftə ərzində qızım yenidən xəstəxanada yatdı”.
Şikayətçi iddia edib ki, oğlu Ağasəlim Nadirli əməliyyat edilərkən həkimlər onun boğazından keçən şah damarı zədələyiblər: “Hadisə ilə bağlı 2 dəfə ekspertiza təyin olunub, Birincisi qanaxmadan boğulma, ikincisi isə əməliyyatın ekspertizası. Lakin cavabda bildirildi ki, guya əməliyyat normal keçib. Biz isə cavabdan narazıyıq. Əgər hər şey qaydasında olubsa, mənim uşağımın arterial damarı niyə partlamalı idi, niyə evdə ölməli idi? Uşağım nədən rəhmətə getdi, niyə qanaxma oldu? Əgər bu uşaq qida qəbul edə bilmirdisə, əgər həkim damarı zədələməyibsə və yaxud damarı yaxşi bağlamayıbsa, qanaxmanın səbəbi nədir? Bu suallara hələ də doğru-düzgün cavab ala bilmirik. Qanaxma əməliyyatın 7-ci günü evdə durduğu yerdə başladı, öskürdü və ağız-burnundan qan gəlməyə başladı, nə edəcəyimizi bilmirdik, həkimə zəng etdik, dedi gətirin yanıma. Lakin artıq uşaq dünyasını dəyişmişdi. Yenidən eyni suallarla ekspertizaya müraciət edəcəyik. Amma bilirəm ki, yenə narazı qalacağıq. O həkim də hazırda öz işində davam edir”.
Şikayətçi hadisə ilə bağlı prokurorluq tərəfindən cinayət işinin açılmasnı və oğlunun ölümünə səbəb olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib.
Qeyd edək ki, Ağasəlim Nadirli 261 saylı məktəb-liseyin 3-cü sinif şagirdi idi.
Təyin edilmiş ekspertizanın nəticələri və araşdırmaların gedişatı ilə bağlı Baş Prokurorluğa da sorğu ünvanlamışıq.

Mənbə:Qafqazinfo

XƏBƏR LENTİ

08:59
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
15:38
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
14:51
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
12:56
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
12:11
Havanın çirklənməsi insult riskini artırır
10:37
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
10:33
Qənirə Paşayeva ilə vida mərasimi keçirildi - VİDEO
10:16
Tüpürcəyi plastiki parçalayan qurdlar aşkarlanıb
10:10
Tibb bacısısının COVID pandemiyası ilə bağlı şok etirafı
09:43
İnsanın davranışının xərçəngin müalicəsinə təsiri
09:29
Ev heyvanlarında quduzluq virusunun əsas əlamətləri - AÇIQLAMA
09:08
Qənirə Paşayeva nə zaman və harada dəfn olunacaq...
20:37
Millət vəkili Qənirə Paşayeva vəfat etdi
16:49
Orqan transplantasiyası ilə bağlı təlimatlar xəstəxanalara göndərilib
16:36
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
16:30
Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?
15:14
Azərbaycanda hər il neçə nəfər quduzluqla üz-üzə qalır?
13:32
Tibbi xidmətlərin 56%-nin tarifində artım olub
12:49
“Bu, xəstəxanalara axını daha çox artıracaq”
12:42
“Ən çox ölümə səbəb olan bu xəstəliklərin sığortada olmaması başadüşülən deyil”
12:01
“Əhalinin geniş tibbi imkanlardan yararlanması üçün yeni qaydalar hazırlanır” - Teymur Musayev
11:57
“Xidmətlər zərfi”nə ambulator müalicə üçün dərman preparatları salına bilər” - İdarə Heyətinin sədri
11:52
“Son iki ildə lazımi tibbi avadanlığın alınmasına 100 milyondan çox pul ayrılıb” - Zaur Əliyev
11:43
“Həkimlərin orta aylıq maaşı 2000 manatdan çox artıb”
Bütün xəbərlər

SƏHİYYƏ TV

backend
Qədim tarixli anatomiya muzeyindən - REPORTAJ/VİDEO
28.09.23 16:36
96
backend
Azərbaycanlı neyrocərrahların simpoziumu keçirilib - VİDEO
4.07.23 15:40
441
backend
Yayda baş ağrılarından necə xilas olaq?- ARAŞDIRMA
27.06.23 12:35
104
backend
Kimlərə günəş vannası qəbul etmək olmaz?- VİDEO
25.06.23 16:45
116
backend
Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci milli qurultayının yekun toplantısı- VİDEO
25.06.23 16:42
120

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
30.09.23 08:59 35
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
29.09.23 15:38115
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
29.09.23 14:5175
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
29.09.23 12:56277
Havanın çirklənməsi insult riskini artırır
29.09.23 12:1175
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
29.09.23 10:3762
backend
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
30.09.23 08:59 35
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
29.09.23 15:38115
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
29.09.23 14:5175
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
29.09.23 12:56277
Havanın çirklənməsi insult riskini artırır
29.09.23 12:1175
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
29.09.23 10:3762
backend
Viruslarla mübarizə aparmağa kömək edən 3 vitamin - AÇIQLAMA
30.09.23 08:59 35
FHN 45 saylı klinikada nəyi yoxlayıb?- Rəsmi
29.09.23 15:38115
Yeni Bədən Kütləsi İndeksi təklif edilib
29.09.23 14:5175
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları birləşdirilir - TƏBİB + Yenilənib
29.09.23 12:56277
Havanın çirklənməsi insult riskini artırır
29.09.23 12:1175
Tərkibinə görə bir çox vasitələr qadağan edilib
29.09.23 10:3762

XİDMƏTLƏRİMİZ

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

    saygac kodu

BİZİMLƏ ƏLAQƏ

  • Mərdanov qardaşları 100, Baku, Azerbaijan
  • medicalmedia.az@gmail.com
  • (+99455) 455 68 68

© 2023, MedicalMedia.Az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.