Yeni doğulmuş uşaqlarda ən çox hansı nevroloji xəstəliklər görülür?- AÇIQLAMA
“Yeni doğulmuş uşaqlarda ananın keçirtdiyi hamiləlikdən asılı olaraq müxtəlif tip problemlər ola bilər. Belə problemlərdən ən öndə duranı uşaqlarda yuxu problemidir. Bu hala daha çox yuxunun narahat olması,yuxunun qısamüddətli olması,xüsusilə gecələr körpənin narahat yatması vəziyyətləri daxildir”.
Bu sözləri Medicalmedia.az-a açıqlamasında uşaq nevroloqu Təranə Feyruzqızı deyib.
“Bu kimi problemlər ananın hamiləlikdə keçirdiyi hər hansı bir xəstəliyin fəsadı kimi özünü göstərə bilər. Eyni zamanda uşaqlarda müxtəlif hərəkət pozulmaların olması mövcuddur. Yəni uşaqlarda olan ətraflarda tam və ya birtərəfli hərəkətsizliyin olması hər hansı nevroloji problemin olmasından xəbər verir”.
Təranə Feyruzqızının sözlərinə görə, nevroloji problemlərdən biri də uşaqların qidadan imtina etməsidir.
“Bəzən uşaqların xüsusilə ana südündən,eyni zamanda əlavə qidalardan imtina etməsinə səbəb ağız boşluğunda olan problemin də qaynaqlana bilər”.
Zeynəb Müzəffərli