Yeni təbii qida boyaları təstiqləndi

QİDA VƏ DƏRMAN İDARƏSİ
ABŞ Qida və Dərman İdarəsi (FDA) qida boyaları sahəsində mühüm bir yenilik edib. FDA, sintetik neft əsaslı boyaların istifadəsini azaltmaq məqsədilə 3 yeni təbii mənşəli qida boyasının istifadəsinə icazə verib. Bu təbii boyalar arasında qırmızı yosundan alınan Galdieria ekstraktı (mavi rəng), kalsium fosfat (ağ rəng) və kəklik çiçəyi ekstraktı (mavi-yaşıl rəng) yer alır.
Atılan addımlar, sintetik boyaların uşaqlarda davranış pozuntuları və digər sağlamlıq problemləri ilə əlaqələndirilməsi səbəbindən artan narahatlıqlara cavab olaraq atılıb. FDA, bu yeni boyaların müxtəlif qida məhsullarında, o cümlədən içkilər, şirniyyatlar, yoqurtlar, qəlyanaltılar və hazır toyuq məhsullarında istifadəsinə icazə verib. Bu dəyişikliklər, istehsalçıların məhsullarını təbii boyalarla yenidən formalaşdırmalarını təmin etmək üçün 2026-cı ilə qədər həyata keçirilməlidir.