Zəngli saat stres mənbəyidir – günə təşvişlə başlamayın

PSİXOLOJİ VƏ FİZİKİ TƏSİRİ
Araşdırmalara görə, zəngli saatın yaratdığı anlıq stres, bədənimizin dözümlülüyünü azaldır və uzun müddətli sağlamlıq problemlərinə səbəb olur. Zəngli saatın səsi, yuxu dövrünün dərin mərhələsini ani şəkildə pozur. Bu oyanış, bədənin təbii balansında fəsadlar yaradır.
Bununla yanaşı, psixoloji baxımdan “İşə gecikdim”, “Tələsirəm”, “Vaxtım yoxdur” kimi düşüncələrlə təşviş aşılayır.
Mütəxəssislər, səhər saatlarında yaranan bu ani stresin, bədənin hormon səviyyələrinə və nevroloji funksiyalarına mənfi təsir göstərdiyini bildirirlər. Beyindəki kortizol səviyyəsinin yüksəlməsi, bədənin stresə daha həssas olmasına yol açır. Həmin dövrün narahatlıqla keçirilməsi, gün ərzində daha çox yorğunluğa və diqqət dağınıqlığına səbəb olur.
Bu səbəbdən, mütəxəssislər daha təbii yuxu sistemlərinin qurulması və səhər tədricən oyanma üsullarının tətbiqini tövsiyə edirlər. Həmçinin, zəngli saatın seçimi və səsini daha az narahat edici etmək, insanların günə daha az stresli başlamasına kömək edə bilər.