100 ilin sualı: qadınlar niyə xəyanət edir? – Psixoloq cavablandırır…
Ailədə xəyanəti yaradan bir çox səbəblər var. Öncəliklə əgər ailədə xəyanət baş veribsə, deməli, münasibətdə boşluq var. Alimlərin araşdırmalarına görə, qadınlar aşiq olduqları üçün, kişilərinsə qarşı cinsin cazibəsinə və gözəlliyinə heyran olduqları üçün xəyanət edirlər. Bizim cəmiyyətdə isə belə bir fikir var ki, kişilər xəyanət edə bilər, lakin qadınlar xəyanət edə bilməz. Mütəxəssislər qadınların xəyanət etmələrinin bir neçə səbəblərini bir neçə amillərlə əlaqələndirirlər.
Psixoloq Səbinə İsmayılova Medical Media-ya açıqlamasında bildirib ki, qadınlar daha çox diqqət görmədikdə xəyanət edirlər.
“İki insan bir yola çıxırsa, onlar ilk öncə bir-birlərini tanımalıdırlar. Xüsusilə, ailə qurmadan öncə tanımaq vacib şərtdir. Müəyyən zaman sonra diqqətsizlik, qayğısızlıq, anlaşılmazlıq məhz tanımamaqdan qaynaqlanır. Bizim cəmiyyətdə kişinin xəyanəti ciddi qəbul edilmir. Bu belə deyil. Bu cür xəyanətlərin sonradan ciddi psixoloji təsirləri meydana çıxır. Müşahidələrimiz əsasında deyə bilərəm ki, qadınların xəyanətində altda yatan səbəblər: qayğısızlıq,diqqətsizlik,şiddət, anlayışsızlıq kimi amillərdir”.
Həkimin sözlərinə görə ailədə ata və ana arasında münaqişədən,problemdən xüsusilə uşaqlar psixoloji zərər görür. Mütəxəssislərin fikrincə, belə mühitdə böyüyən uşaqlarda gələcəkdə pis vərdişlərə yiyələnmə, aqressivlik,davranış pozğunluğu kimi hallar meydaa gəlir.
“Ümumiyyətlə hər hansısa problem uşağın yanında həll etməyə çalışmaq doğru deyil. Ana uşağa atasını pisləyir, ata-anasını – bu da ciddi travmalara səbəb ola bilər”.
Bəzən ailənin dağılmaması, evliliyin davamlılığı üçün uşağı vasitə kimi istifadə etmək ailədə bir çox psixoloji şiddətə, zorakılığıa səbəb olacaqdır. Ər-arvad arasında eyni travmatik ailədə böyüyürsə, o uşağın fərd kimi formalaşması da sual altındadır.
Şahnun Qasımova