Hansı qadınlara spiral olmaz?
Arzuolunmaz hamiləlikdən qorunmaq üçün müxtəlif üsullar var. Kimisi həblərdən, kimisi uşaqlıqdaxili spirallardan istifadə edir.
Araşdırmalara görə qadınlar daha çox spirallara üstünlük verirlər. Uşaqlıqdaxili spiralların istifadəsi zamanı uşaqlıqdankənar hamiləlik riski yaranır. Hətta, həkimlər cinsiyyət orqanlarında infeksiyanın da inkişaf hallarının olduğunu qeyd edirlər.
Ginekoloq Gökçen Erdoğan bu barədə Medical Media-ya açıqlama verib.
“Spiralı hər qadına da məsləhət görmürük. Məsələn uşaq dünyaya gətirməyən birinə spiral qoymaq olmaz. Çox iltihabı,infeksiyası olan xanımlara da tövsiyyə olunmur. 35 yaşını keçən,siqaret çəkən, hipertoniya xəstəsidirsə, bu cür qadınlara doğum həblərindən istifadə etmək olmaz”.
Həkimin sözlərinə görə spiralı olan, doğum həbindən istifadə edən qadınlarda da hamilə qalma durumu ilə rastlaşmışıq. Bu baxımdan Bu cür vasitələrdən istifadə edərkən, həkimlə məsləhətləşmək gərəklidir.
Zeynəb Müzəffərli