Azərbaycanlı təbiblərin simpoziumu davam edir- VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən “Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu” davam edir.
Simpoziumun əsas məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə tibb sahəsindəki yenilikləri paylaşmaq və mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək, həmçinin xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaqdır.
Qeyd edək ki, tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirən TƏBİB-ə tabeli tibb müəssisələrində 17 minə qədər həkim, 58 minə qədər tibb işçisi əhalinin sağlamlığının keşiyində dayanır.
Fərid Yusifov