Qasıq yırtığı hansı uşaqlarda olur?- AÇIQLAMA
Uşaqlar arasında qasıq yırtığı ən çox yayılmış cərrahi xəstəliklərdən biridir. Bu Xəstəlik el arasında qasıq qrıjası kimi də tanınır.
Uroloq Vüsal Cəfərov Medicalmedia.az-a açıqlamasında bildirib ki, qasıq yırtığı oğlan uşaqlarında qız uşqalarına nisbətən 4-8 dəfə daha çox rast gəlinir. Həkimin sözlərinə görə, əgər yırtıq yaranıbsa təcili əməliyyat olunmalıdı, əks halda fəsadlarlar ola bilər.
“Qasıq yırtığı anadangəlmə yaranır. Ən çox bu yırtıq sağ tərəfdə meydana gəlir”.
Həkimin sözlərinə görə, qasıq yırtığının müalicəsi ancaq cərahi yolla olur. Bandaj vastəsi ilə və ya böyüyəndə keçər kimi fikirlər yanlışdı.
Vüsal Cəfərovun qeyd etdi ki, qasıq yırtığına daha çox az çəki ilə dünyaya göz açanlarda, yarımçıq doğulmuşlarda, doğulduqdan sonra dializ alan, əzələ xəstəliyi olan uşaqlarda rast gəlinir.
Uşaqlarda yaranan qasıq yırtığına vaxtında mudaxilə edilməlidir. Unutmayaq ki, zamanında həkimə müraciət bir çox fəsadları qabaqlamış olur.
Zeynəb Müzəffərli