Malyariya xəstəliyinin əlamətləri- MÜTƏXƏSSİS
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb.Bu barədə ÜST-nin Avropa Regional Ofisi məlumat yayıb. Bəs ümumiyyətlə bu xəstəliyin əlamətləri nələrdən ibarətdir?
Pediatr Nigar Mirzəyeva Medicalmedia.az-a açıqlamasında malyariyanın əlamətlərindən danışıb.
“Parazitlər qaraciyəri tərk edib insanın qanına keçir və malyariya meydana gəlir. Bu da ciddi anemiya,ödü zədələdiyinə görə dəridə, üzdə sarılıq,ciddi qızdırma,üşütmə, halsızlıq yarada bilər. Hətta xəstəliyin irəliləyən növündə qaraciyər,böyrək çatışmazlığəna qədər gətirib çıxarda bilər. Eyni zamanda epileptik qıcolmalar yaratma ehtimalı var”.
Həkim sonda bildirdi ki, xəstəlikdə müalicədən sonra təkrarlanma riski aşağıdır.
Zeynəb Müzəffərli