ÜST-nın regional missiyası ölkəmizdə səfərdədir

ANALİTİK EKSPERTİZA MƏRKƏZİNDƏ GÖRÜŞ KEÇİRİLİB
19 – 23 may 2025-ci il tarixində vaksinlərin təhlükəsizliyinin (peyvənddən sonra arzuolunmaz hallara nəzarət sistemi) monitorinq sisteminin qiymətləndirilməsi üzrə ÜST-nın regional missiyası ölkəmizdə səfərdədir. Səfər vaksinlərin təhlükəsizliyi üzrə monitorinq sisteminin gücləndirilməsinin təmin edilməsi və bu istiqamətdə ÜST-nın alət və resurslarının təqdim olunması məqsədilə təşkil olunub. Missiya üzvləri Səhiyyə Nazirliyi və onun aidiyyəti qurumlarının nümayəndələri ilə artıq görüşlər keçirməyə başlayıb.

Səfər çərçivəsində missiyanın üzvü, Paul Erlix İnstitutunun farmakonəzarət şöbəsinin müdir müavini Larisa Kopp Analitik Ekspertiza Mərkəzinə baş çəkib və müasir dövrdə çox aktual olan dərmanlar və vaksinlər üzrə farmakonəzarət sisteminin ölkəmizdə necə təşkil olunmasını Ümumdünya Səhiyyə Təşkilatı standartlarına (ÜST Qlobal Müqayisələndirmə Aləti “WHO Global Benchmarking Tool (GBT)”nə qarşı effektivliyi qiymətləndirilib.
Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin əməkdaşları ilə keçən bu görüşdə hər iki tərəfi maraqlandıran məsələlər, eləcə də proses zamanı meydana çıxan problemlərin optimal həlli müzakirə olunub.
